Balkan çempionatından iştirak edəcək Azərbaycan atletləri müəyyənləşib
Azərbaycan atletləri Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək Balkan çempionatında iştirak edəcəklər.
Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, turnirdə ölkəmizi 6 idmançı təmsil edəcək.
Nazim Babayev və Kəsgin Abbaszadə uzunluğa tullanma, Rüstəm Məmmədovla Yekaterina Sarıyeva üçtəkanla tullanma növündə, Lamiyə Vəliyeva 400 metr, Bəxtiyar Əsgərli isə 800 metr məsafəyə qaçış üzrə yarışda qüvvəsini sınayacaq.
Balkan çempionatına fevralın 15-də start veriləcək.
Azərbaycanın həvəskar xizəkçiləri Türk...
Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq...
Azərbaycan Milli Olimpiya Komitəsinin...
Prezident İlham Əliyev yenidən...
Azərbaycan çimərlik voleybolu üzrə...