Nyutonun 300 illik kəhanəti…
300 il əvvəl riyazi hesablamalar əsasında hərəkət və cazibə qanunlarını ortaya qoyan məşhur alim İsaak Nyutonun qiyamət ssenarisi ortaya çıxıb. 1704-cü ildə yazdığı məktubda o, 2060-cı ildə dünyanın sonunun olacağını proqnozlaşdırmışdı. Bəs Nyuton bu hesablamanı nəyə əsaslanaraq verib?
O, 1704-cü ildə yazdığı məktub kağızına riyazi hesablamalardan istifadə edərək verdiyi proqnozu cızdı. Nyuton apokalipsis tarixini müəyyən etmək üçün İncil peyğəmbərliklərindən və riyazi hesablamalardan istifadə edirdi. Xüsusilə, Armageddon döyüşünə inanan alim öz proqnozunu İncilin protestant təfsiri və İncildəki hadisələrə əsaslandırıb. Kitabın son fəslində peyğəmbərlik edilən müharibə təsvir olunur və yaxşı qüvvələri (Allahın rəhbərlik etdiyi) şər qüvvələrə (Yer padşahları tərəfindən idarə olunur) qarşı qoyur.
Müqəddəs Kitaba görə, bəşər tarixində sonuncu müharibə olacaq Harmageddon döyüşündən sonra yer üzündə bir daha müharibə olmayacaq. Nyuton müqəddəs mətnlərdə qeyd olunan dövrləri il kimi şərh edən bir üsuldan istifadə etmişdir. Onun üçün 1260 illik bir dövr Kilsənin pisləşməyə başladığı və pis inancların yüksəldiyi bir dövrü təmsil edirdi.
Nyuton bu fəsadın başlanğıcını eramızın 800-cü ili kimi qəbul etdi. Bu tarix Müqəddəs Roma İmperiyasının yarandığı ilə təsadüf edirdi. 800-cü ilə 1260 il əlavə etdikdə 2060-cı ilin nəticəsinə çatdı. 1704-cü ildə yazdığı məktubda o, "Bu tarix daha gec ola bilər, amma daha tez olacağını düşünmək üçün heç bir səbəb görmürəm"-deyə qeydlər edib.
Vyetnam 8 milyard dollarlıq dəmir yolu...
Qazaxıstan 80 yeni ölkə ilə hava əlaqəsi...
Geyinilə bilən tibbi cihazla hormon...
Bu axşam İstanbulda qar fırtınası...
Etna vulkanı püskürüb...