20 fevral 2025, cümə axşamı Bakı, 3°C
IMG-LOGO

Azərbaycan cüdoçuları Avropa Kubokuna 6 medalla başlayıblar

16-02-2025
IMG

Slovakiyanın Samorin şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk yarış günündə Azərbaycan cüdoçuları uğurla çıxış ediblər.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, milli komandanın üzvləri turnirin ilk günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

50 kiloqram çəki dərəcəsində İbrahim Talıbov gümüş, Anar Quliyev bürünc mükafat əldə edib.

55 kiloqramda final görüşündə yığmanın iki cüdoçusu Məhəmmədəli Hüsiyev və Rəsul Əlizadə qarşılaşıb. M.Hüsiyev qızıl, R.Əlizadə isə gümüş medalın sahibi olub.

60 kiloqramda mübarizə aparan Zeyd Ələsgərov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəki dərəcəsində İlkin Qarayev isə turniri 7-ci pillədə başa vurub.

66 kiloqramda Əli Hümbətov bürünc medal qazanıb, Özqan Quliyev isə beşinci yerlə kifayətlənib.

Paylaş: