20 fevral 2025, cümə axşamı Bakı, 3°C
IMG-LOGO

ABŞ dövlət katibi Rubionun olduğu təyyarə "mexaniki problem" səbəbindən geri qayıdıb

14-02-2025
IMG

Göyərtəsində ABŞ dövlət katibi Marko Rubionun olduğu Almaniyaya havalanan təyyarənin “mexaniki problem” səbəbindən geri döndüyü bildirilib. ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce Rubionun Almaniyaya səfəri üçün havaya qalxan təyyarədə yaranan nasazlıqla bağlı açıqlama verib.

Təyyarənin Merilend ştatındakı Andrews Hava Bazasına döndüyünü ifadə edən Bruce Rubionun Almaniya və Yaxın Şərqə fərqli təyyarə ilə gedəcəyini qeyd edib.

Paylaş: