Media Təhlil Mərkəzi: Əsas kapitala yönəldilmiş investisiyaların həcmi artır
Media Təhlil Mərkəzi (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata əsasən apardığı təhlil göstərir ki, 2021-ci il istisna olmaqla son 5 ildə əsas kapitala yönəldilmiş investisiyaların həcmi hər il əvvəlki illə müqayisədə artıb. 2021-ci ildə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 16 127 milyon manat təşkil edib və bu, 2020-ci illə müqayisədə 5,3 faiz və ya 901,1 milyon manat az olub.
MTM-dən verilən məlumata görə, 2024-cü ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 5,6 faiz və ya 1 138,5 milyon manat artaraq 21 435,1 milyon manat təşkil edib. 2023-cü ildə isə bu rəqəm 20 296,6 milyon manata bərabər olub.
Məlumat üçün bildirək ki, 2024-cü ildə əsas kapitala yönəldilmiş investisiyaların 61,1 faizi (13 096,8 milyon manat) dövlət, 38,9 faizi (8 338,3 milyon manat) qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.
Azərbaycan-Pakistan enerji əlaqələrinin...
Xüsusi hazırlıq şəhadətnamələri və...
GEP 2025: İqtisadi artım tempində...
Maliyyə xidmətləri istehlakçılarının...
Dekabrda ödəniş kartları üzrə artım...