Dünyanın yeddi möcüzəsindən biri
Dünyanın yeddi möcüzəsindən biri olan Artemida məbədi Türkiyədə antik Efesdə yerləşir.
İzmirin Səlcuq qəsəbəsi sərhədləri daxilində yerləşən Efes dünyanın məlum olan ilk yaşayış məntəqələrindən biridir. 8000-ci illərə qədər uzanan qədim Efes mühüm ticarət yolları üzərində yerləşməsi ilə tarix boyu bir çox fərqli sivilizasiyaya ev sahibliyi etmişdir. Ellinistik Dövr, Roma İmperiyası, Bizans İmperiyası, Osmanlı İmperiyası kimi fərqli sivilizasiyalara şahidlik etmiş şəhər əsrlər boyu fasiləsiz məskunlaşma, siyasi və ticarət mərkəzi xüsusiyyətini qoruyub saxlamışdır.
Dünyanın yeddi möcüzəsindən biri olan və möhtəşəm quruluşu ilə tarixin ən böyük məbədlərindən biri olan Artemida məbədi Efes Antik şəhərinin simvollarından biridir. Eramızdan əvvəl 550-ci ildə tamamlanan məbəd eramızdan əvvəl 400-cü ildə baş verən yanğında ciddi ziyan görüb. Hazırda məbəddən yalnız mərmər sütunlar qalıb.
İldə orta hesabla 1,5 milyon insanın ziyarət etdiyi Efesdə arxeoloji qazıntıların tarixi 125 il əvvələ gedib çıxır. Hələ tam üzə çıxarılmayan və Anadolu arxeologiyasına yeni məlumatlar qazandırmağa davam edən antik Efes 2015-ci ildən UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısında yer alır.
Hindistanda festivalda izdiham: 40 ölü,...
"Herminia" qasırğası Fransada ciddi...
Hollandiyada Quran və din dərslərinin...
Cənubi Sudanda təyyarə qəzası olub...
Anadoluda dönər-kabab haqqında ilk...