29 yanvar 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Los-Ancelesdəki yanğın zonasında palçıq daşqınları xəbərdarlığı

27-01-2025
IMG

ABŞ-nın Kaliforniya ştatının Los-Anceles şəhərində yanğın bölgəsində yağışın səbəb olduğu palçıq daşqının zəhərli kül axınına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.

ABŞ Milli Meteoroloji Xidmətindən  meteoroloq Co Sirard Los-Ancelesdə yanğın bölgəsində hava şəraiti ilə bağlı açıqlama verib.Sirard yanğın bölgəsində dünəndən bəri təsirli olan yağışın yanğının söndürülmə işlərinə müsbət təsir etdiyini, lakin bəzi ərazilərdə palçıq daşqınlarına səbəb olduğunu qeyd edib.

Sirard palçıq daşqınlarının yanğından qalan dağıntıları daşıya biləcəyi və zəhərli kül axınlarına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib və əlavə edib ki, hətta kiçik miqdarda yağıntılar da palçıq daşqınları riskini artırır.

Paylaş: