29 yanvar 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

İstanbulun simvollarından biri “Yerəbatan sarnıç”

26-01-2025
IMG

Sarayın və ətrafının su ehtiyacını ödəmək üçün VI əsrdə Bizans imperatoru I Yustinian tərəfindən inşa edilən Yerəbatan yeraltı su anbarı İstanbulun ən böyük qapalı su anbarlarından biridir. Suyun içindən ucalan və saysız kimi görünən mərmər sütunlara görə xalq arasında "Yerəbatan sarayı" kimi adlandırılan tikiliyə latınca "Cisterna Basilica" deyilir.

"Yerəbatan sarnıç" 80.000 ton su tutumu ilə şəhərin ən böyük qapalı su anbarı  təxminən 1000 kvadratmetr sahəni əhatə edən, uzunluğu 140 metr, eni 70 metr olan nəhəng dördbucaqlı görkəmli bir tikintidir. Osmanlı dövründə iki dəfə təmir edilən su anbarında cümhuriyyət elan edildikdən sonra da təmir işləri davam edib. 1985-1987-ci illər arasında aparılan geniş təmir və təmizlik işləri zamanı bazilikanın ən əhəmiyyətli simvolu olan Meduza başı naxışlı bloklar aşkar edilmişdir.

Sonrakı əsrlərə şahidlik etmək üçün 22 iyul 2022-ci ildə yenidən istifadəyə verilən, tarixinin ən böyük bərpası ilə gücləndirilən "Yerəbatan sarnıç" muzeyi ziyarətçilərini qəbul etməyə davam edir. Muzeyin son bərpasında şəffaf, yüngül çəkili gəzinti platforması vasitəsilə məkanın döşəməsindəki orijinal sənətkarlıq üzə çıxdı. Bu şəkildə binaya gələn ziyarətçilər V əsr ustalarının imzası olan döşəmə kərpiclərini və 10 metr hündürlüyündəki su anbarını bütün görkəmi ilə görə bilərlər. Çox sayda beynəlxalq və yerli qonağın ziyarət etdiyi "Yerəbatan sarnıç" həmçinin konsertlərə və vizual şənliklərə ev sahibliyi edir.

Paylaş: