BMU tələbələrinin hazırladıqları “Zəngəzur” Pilotsuz Uçuş Aparatının yeni görüntüləri
Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrindən ibarət “RED” komandasının hazırladığı “Zəngəzur” Pilotsuz Uçuş Aparatının (PUA) daha da təkmilləşdirilməsi üzərində çalışmalar davam etdirilir.
BMU-dan verilən məlumata görə, PUA-nın növbəti festivallarda və beynəlxalq sərgilərdə nümayiş olunması planlaşdırılır.
Qeyd edək ki, “Zəngəzur” Pilotsuz Uçuş Aparatı yüksək texniki parametrlərə, eyni zamanda, radioekoloji monitorinq imkanlarına malikdir. PUA havada hibrid rejimdə 3 saat işləmək, 6 km diapozonda hündürlüyə qalxmaq kimi yüksək imkanları özündə daşıyır. PUA-nın faydalı yük götürmə qabiliyyəti 4 kq, öz çəkisi isə 18 kq-dır.
“Zəngəzur” Pilotsuz Uçuş Aparatı ötən ilin sentyabrında “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə, eləcə də “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları sərgilərində nümayiş olunub və beynəlxalq sərgilərin təşkilatçıları tərəfindən xüsusi sertifikata layiq görülüb.
Gəncədə yaradıcı şəxslər əqli mülkiyyət...
AMEA Rəyasət Heyətinin iclasında Yer...
BMU tələbələrinin hazırladıqları...
Mingəçevir Dövlət Univeristetində...
ADPU-da “Code for Future” layihəsinin...