Niaqara şəlaləsi buz bağladı
ABŞ-nın şərq hissələrini təsiri altına alan soyuq hava kütləsi Niagara şəlaləsini də dondurub.
Buranın gözəlliyi dünyanın bütün yerlərindən çoxsaylı turistlərin axın etməsinə səbəb olub və şəhərin çiçəklənməsində mühüm yer tutur. Hər mövsümdə bir başqa cazibəsi olan şəlalənin donmuş halı belə diqqət çəkir.
Şəlalənin ən gözəl xarici görkəmə malik olan ərazisi Kanadanın sahillərinə düşür. Niaqaranın bir neçə yüz metrlik aşağı templə axan ərazisində şəlalənin üzərindən "Göy qurşağı körpüsü" salınmışdır. Bu körpü iki dövlət arasında asan avtomobil nəqliyyatı və piyada keçidi üçün nəzərdə tutulmuşdur.Şəkillərdən də göründüyü kimi, ağ örtüyə bürünmüş şəlalə qışda da bir ayrı gözəlliyə sahibdir.
2024-cü ilin dekabrında Avrozonada...
Misirdə yeni neft yatağı aşkarlanıb...
Suriya keçid dövrünün prezidenti elan...
Qırğızıstanda beyin şişinin şüa...
Çində humanoid-robotların kütləvi...