Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üçün işçi qrupları yaradılıb
Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə assosiasiyalar nəzdində işçi qrupları yaradılıb.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, beləliklə Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Birjası İştirakçılarının Assosiasiyası nəzdində fəaliyyət göstərəcək işçi qrupları istehlakçı hüquqlarının qorunması çərçivəsində səmərəliliyin artırılmasına, pozulmuş hüquqların bərpa edilməsinə, o cümlədən mübahisələrin operativ və effektiv surətdə həll edilməsinə töhfə verəcək.
İşçi qruplarının, o cümlədən assosiasiya nümayəndələrinin iştirakı ilə onlayn qaydada görüş keçirilib. Görüş çərçivəsində Mərkəzi Bank tərəfindən nəzarət subyektlərinə ünvanlanmış vətəndaş müraciətlərinin mahiyyəti üzrə cavablandırılması zamanı qanunvericiliyin tələblərinə əməl olunması, işçi qruplarının effektiv fəaliyyəti, bu istiqamətdə görülmüş və cari ildə görüləcək işlər barədə məsələlər diqqətə çatdırılıb.
Görüşdə, həmçinin maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi istiqamətində görülən işlərlə bağlı təkliflər səsləndirilib və mövzu ətrafında müzakirələr aparılıb.
Azərbaycan və Pakistan nəqliyyat...
Azərbaycan-Pakistan enerji əlaqələrinin...
Xüsusi hazırlıq şəhadətnamələri və...
GEP 2025: İqtisadi artım tempində...
Maliyyə xidmətləri istehlakçılarının...