30 yanvar 2025, cümə axşamı Bakı, 10°C
IMG-LOGO

“Air Busan”ın yanan təyyarəsinin sərnişinləri və heyəti təxliyə edilib

29-01-2025
IMG

Cənubi Koreyanın “Air Busan” aviasiya şirkətinin Pusan şəhərindəki beynəlxalq hava limanında yanan təyyarənin 169 sərnişini və 7 heyət üzvü təhlükəsiz təxliyə edilib.

Fhnews.az şirkətin açıqlamasına istinadla xəbər verir ki, Pusandan Honkonqa uçmalı olan təyyarənin quyruğu alovlanıb. Dərhal hadisə yerinə yanğınsöndürənlər gəlib. Təxliyə zamanı 3 nəfər yüngül xəsarət alıb. Yanğın bütün təyyarəyə yayılsa da, nəzarət altına alınıb.

Qeyd edək ki, bu, son bir ayda Cənubi Koreyada təyyarələrlə bağlı 2-ci hadisədir. Dekabrın 29-da “Jeju Air” aviaşirkətinin sərnişin təyyarəsinin Muan şəhərinin beynəlxalq hava limanına qəza enişi zaman uçuş zolağından çıxaraq beton hasara çırpılması nəticədə təyyarə yanmış, nəticədə 175 sərnişinin hamısı, habelə 6 ekipaj üzvündən 4-ü həyatını itirmişdi.

Paylaş: