“New Shepard”ın uçuşunda ilk dəfə Ayın qravitasiyası simulyasiya ediləcək
Amerikanın “Blue Origin” özəl şirkəti suborbital sınaq uçuşları və kosmik turistlərin daşınması üçün istifadə edilən “New Shepard” raketinin növbəti uçuşunu elan edib.
Fhnews.az şirkətin məlumatına istinadla xəbər verir ki, buraxılış yanvarın 28-də Bakı vaxtı ilə saat 20:00-da Texas ştatındakı “Launch Site One”dan planlaşdırılır. Missiya NS-29 adlanır. Bu, pilotsuz təcrübələr üçün istifadə edilən uçuşlardan biri olacaq.
Buraxılış 30 faydalı yük daşıyacaq, onun əsas məqsədi Ayın qravitasiyasını simulyasiya etmək və gələcəkdə Yerin təbii peykində istifadə üçün texnologiyaları sınaqdan keçirməkdir.
NS-29 missiyası zamanı “Blue Origin” şirkətinin “New Shepard” kapsulu Reaksiyaya Nəzarət Sistemi (RCS) sayəsində ilk dəfə Ayın qravitasiyasını simulyasiya edəcək. Uçuş zamanı kapsul dəqiqədə təxminən 11 dövrə ilə fırlanaraq iki dəqiqə ərzində Yerin altıdabirinə bərabər cazibə qüvvəsi yaradacaq.
Mütəxəssislər bunun yalnız bir neçə saniyə simulyasiyanı təmin edən enən qüllələr və ya parabolik uçuşlar kimi ənənəvi üsullarla müqayisədə əhəmiyyətli irəliləyiş olduğunu bildirirlər.
NS-29-un faydalı yükünün yarıdan çoxu NASA-nın “Artemida” Ay proqramının bir hissəsi kimi elmi təcrübələrin aparılması üçün istifadə edilən uçuş imkanları proqramı tərəfindən maliyyələşdirilir. “Blue Origin” missiyanı elan edərkən “New Shepard” üçün üç kapsula malik olduğunu bildirib və nəqliyyat vasitələrinin “donanmasının” ölçüsünü də təsdiqləyib: onlardan ikisi astronavtları daşımaq, biri isə pilotsuz təcrübələr aparmaq üçün nəzərdə tutulub. Bu üç kapsul iki fərqli gücləndirici qurğu tərəfindən idarə olunur.
Əvvəllər bildirilmişdi ki, NASA Marsdan torpaq nümunələrini gətirmək üçün özəl “SpaceX” və “Blue Origin” şirkətlərinin xidmətlərindən istifadə edə bilər.
Belə ki, onlayn brifinqdə Amerika Kosmik Agentliyinin rəhbəri Bill Nelson xatırladıb ki, “Perseverance rover” tərəfindən toplanmış Mars süxurlarının nümunələrinin Yerə gətirilməsi üzrə NASA və Avropa Kosmik Agentliyinin birgə layihəsinin ilkin formada həyata keçirilməsi 2040-cı illərə qədər mümkün deyil.
2024-cü ilin dekabrında Avrozonada...
Misirdə yeni neft yatağı aşkarlanıb...
Suriya keçid dövrünün prezidenti elan...
Qırğızıstanda beyin şişinin şüa...
Çində humanoid-robotların kütləvi...