DİN süni intellektlə bağlı vətəndaşlara xəbərdarlıq edib
Süni intellekt texnologiyasından istifadə hallarının atdığı bir dövrdə kiberhücumlara məruzqalma halları müşahidə olunur.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, etibarlı olmayan süni intellekt həllərindən istifadə məlumatları üçüncü tərəflərə ötürə və nəticədə kiberdələduzların hücumlarını asanlaşdıra bilər. Süni intellektdən istifadə edərkən müəssisənizə aid məxfi məlumatları da qarşı tərəfə ötürmək eyni sonluqla nəticələnə bilər.
“Qeyd olunanları nəzərə alaraq bir daha çağırış edirik ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, süni intellekt xidmətlərindən istifadə edərkən fərdi məlumatlarını qarşı tərəfə ötürməkdən çəkinsinlər”, - deyə məlumatda bildirilir.
Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti...
İnternet informasiya resurslarında qumar...
FHN-in helikopteri ilə vəhşi heyvanların...
ANAMA: Ötən həftə 935,6 hektar ərazi...
Məhkəmə qərarları ilə müsadirə olunmuş...