Azərbaycan və İspaniya arasında biznes forum keçiriləcək
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da İspaniya Krallığının Ankaradakı səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
AZPROMO-dan verilən məlumata görə, görüş zamanı agentlik tərəfindən ölkələr arasında iqtisadi əlaqələrin inkişafı üçün təşəbbüslərin dəstəklənməsinin əhəmiyyəti qeyd edilib.
Bu ilin mart ayında İspaniya nümayəndə heyətinin Azərbaycana nəzərdə tutulan səfəri çərçivəsində keçiriləcək görüşlər və biznes forumun təşkili, iki ölkə arasında əməkdaşlıq perspektivləri, həyata keçirilməsi nəzərdə tutulan birgə təşəbbüslər və qarşılıqlı tərəfdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Həmçinin Azərbaycan və İspaniya arasında iqtisadi-ticarət əlaqələrinin qanunvericilik bazasının daha da genişləndirilməsi və mövcud imkanların artırılması istiqamətində potensial perspektivlər vurğulanıb.
Bu məqsədlə iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan-Pakistan enerji əlaqələrinin...
Xüsusi hazırlıq şəhadətnamələri və...
GEP 2025: İqtisadi artım tempində...
Maliyyə xidmətləri istehlakçılarının...
Dekabrda ödəniş kartları üzrə artım...