30 yanvar 2025, cümə axşamı Bakı, 10°C
IMG-LOGO

Bakıda şirniyyat emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

28-01-2025
IMG

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Quliyev Elşad Hüseyn oğluna məxsus şirniyyat emalı müəssisəsində yoxlama keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, xammalların istehsal sahəsində saxlandığı aşkarlanıb. Satışdan geri qaytarılmış məhsulların (pryaniklər) üyüdülərək yenidən unlu qənnadı məmulatları istehsal edib satışa çıxarıldığı müəyyən olunub.

Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, məhdudlaşdırıcı tədbirlər görülüb.

Paylaş: