ABŞ Kolumbiya vətəndaşlarına viza verilməsini dayandırıb
ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın Kolumbiyadakı Səfirliyinin konsulluq şöbəsinə viza verilməsini dayandırmaq barədə tapşırıq verib.
Fhnews.az Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, bu addım Kolumbiya Prezidenti Qustavo Petronun ABŞ-dan göndərilən iki repatriasiya təyyarəsini qəbul etməkdən imtina etməsindən sonra atılıb.
Həmçinin ABŞ-ın repatriasiya uçuş əməliyyatlarına müdaxiləyə görə məsuliyyət daşıyan şəxslərə və onların ailələrinə səyahət qadağası da qüvvəyə minib.
Bildirilir ki, Kolumbiya öz vətəndaşlarının qaytarılmasını qəbul etmək öhdəliyini yerinə yetirənə qədər tədbirlər davam edəcək.
Hindistanda festivalda izdiham: 40 ölü,...
"Herminia" qasırğası Fransada ciddi...
Hollandiyada Quran və din dərslərinin...
Cənubi Sudanda təyyarə qəzası olub...
Anadoluda dönər-kabab haqqında ilk...