Amerikada keçirilən əməliyyatlarda çox sayda qeyri-qanuni miqrant həbs edilib
Amerika Birləşmiş Ştatlarında "geniş miqyaslı deportasiya kampaniyası" çərçivəsində 956 qanunsuz miqrant həbs edilib.
Miqrasiya və Gömrük Mühafizə İdarəsinin rəsmiləri Federal Təhqiqatlar Bürosu, Narkotiklərlə Mübarizə İdarəsi, Alkoqol, Tütün, Atəşli Silahlar və Partlayıcı Maddələr Bürosu ilə əməkdaşlıq çərçivəsində dünən əməliyyat həyata keçirib. Donald Tramp administrasiyasının dəstəklədiyi əməliyyatların ABŞ miqrasiya qanunlarının tətbiqini təmin etməyi və potensial əcnəbi cinayətkarları cəmiyyətdən uzaqlaşdıraraq ictimai və milli təhlükəsizliyi qorumağı hədəflədiyi bildirilib.
CNN-in xəbərinə görə, "geniş miqyaslı deportasiya kampaniyası" kimi xarakterizə olunan və müxtəlif şəhərlərdə keçirilən əməliyyatlarda saxlanılan 956 miqrant həbs edilib.
Amerikanın yerli mətbuatının məlumatına əsasən, Donald Trampın 20 yanvarda ABŞ prezidenti kimi vəzifəyə başlamasından bu yana ümumilikdə 2 min 681 qanunsuz miqrant həbs edilib, lakin saxlanılan şəxslərin cinayət keçmişi açıqlanmayıb. “The Washington Post” qəzetinin xəbərində isə Tramp administrasiyasının Miqrasiya və Gömrük Mühafizə İdarəsinə gündəlik 1200-1500 həbsi hədəfləmək göstərişi verdiyi və oxşar əməliyyatların həftə ərzində davam etməsinin gözlənildiyi bildirilib.
Qeyd edək ki, Tramp 20 yanvarda ABŞ Konqresində keçirilən andiçmə mərasimindən sonra ölkəyə qanuni yollarla miqrasiya etmə imkanı verən "CBP One" adlı tətbiqin ləğv edildiyini açıqlamışdı. 22 yanvarda isə Miqrasiya və Gömrük Mühafizə İdarəsinə kilsə, xəstəxana və məktəb kimi həssas hesab edilən yerlərin daxilində və ya ətrafında qeyri-qanuni miqrantları həbs etmək səlahiyyəti verilmişdi.
2024-cü ilin dekabrında Avrozonada...
Misirdə yeni neft yatağı aşkarlanıb...
Suriya keçid dövrünün prezidenti elan...
Qırğızıstanda beyin şişinin şüa...
Çində humanoid-robotların kütləvi...