"Herminia" qasırğası Fransada ciddi problemlər yaradıb
Fransa ölkənin qərbində təsirli olan “Herminia” qasırğasının səbəb olduğu daşqınlarla mübarizə aparır. Fransanın Renn şəhərinin sakinləri selin şəhərin küçələrini basmasından sonra təxliyə edilib. Fransanın üç bölgəsi o cümlədən Ille-et-Vilaine “Herminia” fırtınasının son 40 ilin ən pis daşqına səbəb olmasından sonra qırmızı hava xəbərdarlığı altındadır.
Ümumiyyətlə, Avropada "Herminia" qasırğası irəliləməyə davam edir. İtaliya və Fransanın bəzi bölgələri güclü yağışların təsiri altında qalıb. İtaliyanın Toskana və Liquriya bölgələri xüsusilə Florensiyanın küçələrini və yeraltı keçidlərini vuran daşqınlardan təsirlənib. Genoada güclü külək divarın uçmasına səbəb oldu. Yanğınsöndürənlər dağıntıların altında heç kimin qalmadığından əmin olmaq üçün axtarış aparıblar.
2024-cü ilin dekabrında Avrozonada...
Misirdə yeni neft yatağı aşkarlanıb...
Suriya keçid dövrünün prezidenti elan...
Qırğızıstanda beyin şişinin şüa...
Çində humanoid-robotların kütləvi...