2024-cü ildə ABŞ-da mübahisələrə səbəb olan "sirli" dronlara FAA tərəfindən icazə verilib
Ötən il ABŞ-da mübahisələrə səbəb olan "sirli" dronların əksəriyyəti Federal Aviasiya Administrasiyasının icazəsi ilə hərəkət edib. Ağ Evin sözçüsü Karoline Leavitt 2024-cü ilin son aylarında New Jersey və New York başda olmaqla şimal-şərq bölgələrində görünən "sirli" dronlarla bağlı açıqlama verib.
Leavitt Federal Aviasiya Administrasiyasının Nyu-Cersidə görülən dronlar üçün araşdırma səbəbiylə uçuş səlahiyyətinə sahib olduğunu söyləyib.
Qeyd edək ki, 18 Noyabr 2024-cü ildə Nyu-Cersi və Nyu-York ətrafında görülən "sirli" dron görüntülərinin sosial mediada paylaşımı narahatlığa səbəb olmuşdu. Ağ Ev dronların "təhlükəsizlik təhdidi yaratdığına" dəlil olmadığını açıqlayıb.
Donald Trump Mar-A-Lagoda keçirdiyi bir mətbuat konfransında "Əsgərlərimiz bu dronların hara qalxdıqlarını və eniş etdiyini bilir, amma ictimaiyyəti şübhə altında qoyurlar. Bununla bağlı açıqlamalar verilməlidir”-deyə fikirlərini ifadə etmişdi.
Qeyd edək ki, FAA daha sonra 22-dən çox şəhərdə pilotsuz təyyarələrin uçuşlarını məhdudlaşdırıb.
Misirdə yeni neft yatağı aşkarlanıb...
Suriya keçid dövrünün prezidenti elan...
Qırğızıstanda beyin şişinin şüa...
Çində humanoid-robotların kütləvi...
Fransız Alplarında qar uçqunu...