31 yanvar 2025, cümə Bakı, 9°C
IMG-LOGO

Misirdə yeni neft yatağı aşkarlanıb

30-01-2025
IMG

Misirin Neft və Faydalı Qazıntılar Nazirliyi Süveyş körfəzində yeni bir neft yatağının kəşf edildiyini açıqlayıb. Nazirliyin yaydığı yazılı açıqlamada ölkənin şərqində yerləşən körfəzdə ehtiyatlarının 8 milyon barrel olduğu təxmin edilən bir neft yatağının aşkar edildiyi bildirilib. İlkin sınaqlara əsasən, yataqda gündəlik 2 min barreldən çox hasilatın mümkün ola biləcəyi qeyd edilən açıqlamada bölgədə yeni quyuların qazılması istiqamətində işlərin davam etdirildiyi vurğulanıb. 
Xatırladaq ki, Misirin Neft və Faydalı Qazıntılar Naziri Kərim Bədəvi oktyabr ayında verdiyi açıqlamada neft axtarışı işləri üçün 57 şirkətin fəaliyyət göstərdiyini bildirmişdi.

Paylaş: