Antarktida kәşf edilmәmişdәn 300 il әvvәl Piri Rәis bu qitәnin xәritәsini çәkib
1929-ci ildə bir qrup tarixçi ceyran dərisi üzərində çəkilmiş heyrətamiz bir xəritə tapır.Məşhur kartoqraf Piri Rəis tәrәfindәn 1513-cü ildә çәkilәn vә üzәrindә Afrika, Amerika və Cənub Qütbünün tәsvir olunduğu bu xәritә hamını hәyrәtә gәtirir. Çünki Cənub Qütbü bu xəritənin çəkilməsindən çox sonra yəni 1818-ci ildә kәşf edilmişdi.
Piri Rəis tәrәfindәn çәkilәn bu xәritә Amerika qitəsinin tәsvir olunduğu ən qәdim xəritələrdən biridir. Bu xәritәdә hәmçinin Avropa vә Afrikanın qәrb sahili ilә Cәnubi Amerikanın şәrq sahili dә tәsvir olunub.
Bundan başqa xәritәdә qitənin buz altında qalmış bölgәsi dә tәsvir olunub. Ancaq qitәnin üzәrindәki buzlar xәritәnin çәkilmәsindәn 6 min il әvvәl әriyib.Aparılan tәdqiqatlar nәticәsindә xәritәnin mәşhur kartoqraf Piri Rәis tәrәfindәn 1513-cü ildә çәkildiyi tәsdiqlәnib.
Piri Rәis tәrәfindәn çәkilәn xәritәdә Afrikanın qәrb sahili, Cәnubi Amerikanın şәrq sahili vә Antarktidanın şimal sahili tәsvir olunub. Qeyd etmәk lazımdır ki, Antarktidanın şimal sahili son dәrәcә detallı bir şәkildә tәsvir olunub.
Pentaqon rəhbəri: Sərnişin təyyarəsi ilə...
Tehranda havanın çirklənməsi "qırmızı"...
Avropa İttifaqı Rusiyaya qarşı yeni...
Bir sıra canlıların genetik...
Fransa Çaddakı son hərbi bazasını orduya...