Kapadokyaya gələn turistlərin sayı hər il artır
2024-cü ildə Kapadokyaya gələn yerli və xarici turistlərin sayı əvvəlki illə müqayisədə 13,5 % artaraq 1 milyon 351 min 763 nəfərə yüksəlib.
Nevşehirin meri Əli Fidan Görəmə qəsəbəsindəki Aşiqlər Təpəsində verdiyi açıqlamada Kapadokyanın təbii, tarixi və mədəni dəyərləri ilə yerli və xarici turistlərin diqqətini cəlb etdiyini, 2024-cü ildə bölgəyə gələn ziyarətçi sayında əvvəlki illə müqayisədə artım olduğunu bildirib. Bölgədəki muzey və tarixi abidələri ötən il 4 milyon 374 min 19 turistin ziyarət etdiyini qeyd edən Fidan gündəlik gəzintilərdən kənar olaraq 1 milyon 351 min 763 turistin bölgədəki 856 oteldə gecələdiyini vurğulayıb.
Əli Fidan bölgədə ən çox gecələyən turistlərin İspaniya, Çin, Cənubi Koreya, İtaliya və ABŞ-dan olduğunu bildirib.
Pentaqon rəhbəri: Sərnişin təyyarəsi ilə...
Tehranda havanın çirklənməsi "qırmızı"...
Avropa İttifaqı Rusiyaya qarşı yeni...
Bir sıra canlıların genetik...
Fransa Çaddakı son hərbi bazasını orduya...