Trampın təyyarə qəzası ilə bağlı açıqlaması: "Bu, qarşısı alına bilən qəza idi."
Xəbər verdiyimiz kimi, ABŞ-nın paytaxtı Vaşinqton yaxınlığında havada sərnişin təyyarəsi ilə hərbi vertalyot toqquşub. Qəza ilə bağlı yazılı açıqlama verən ABŞ prezidenti Donald Tramp hadisəni yaxından izlədiyini və insanların xilas olması üçün dua etdiyini bildirib.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi yazılı açıqlamaya görə, Ronald Reyqan hava limanı yaxınlığında təyyarə ilə hərbi vertalyot toqquşub.
“American Airlines”a məxsus sərnişin təyyarəsi və hərbi vertalyotun toqquşmasından sonra Potomak çayına düşüb.Qəza ilə bağlı araşdırma başladılıb və Amerika mətbuatında yer alan xəbərlərə görə, indiyə qədər qəzadan sağ qalanların olmadığı bildirilib.
“Truth” sosial media platformasında açıqlama verən Tramp təyyarənin öz marşrutu ilə uçuş-enmə zolağına doğru endiyini bildirərək, "Vertalyot uzun müddət birbaşa təyyarəyə doğru gedirdi. Aydın bir gecə idi. Təyyarənin işıqları yandı, nəzarət qülləsi təyyarəni görüb-görmədiyini soruşmaq yerinə vertalyota nə etməsi gərəkdiyini söyləməyib.Bu, yaxşı hal deyil. Qarşısı alına biləcək qəza idi.”-deyib.
ABŞ mətbuatına açıqlama verən “American Airlines” rəsmiləri Kanzasdan paytaxt Vaşinqtona gələn təyyarədə 60 sərnişin və 4 nəfərlik ekipajın olduğunu bildirib.
Amerika mətbuatına açıqlama verən Pentaqon rəsmiləri qəzaya uğrayan hərbi helikopterdə 3 hərbçinin olduğu, lakin yüksək rütbəli şəxslərin olmadığı barədə məlumat paylaşıb.
Pentaqon rəhbəri: Sərnişin təyyarəsi ilə...
Tehranda havanın çirklənməsi "qırmızı"...
Avropa İttifaqı Rusiyaya qarşı yeni...
Bir sıra canlıların genetik...
Fransa Çaddakı son hərbi bazasını orduya...