Hindistanda festivalda izdiham: 40 ölü, 90 yaralı
Hindistanda dünyanın ən böyük dini festivalı olan, milyonlarla insanın iştirak etdiyi Kumb Melada izdiham yaşanıb. 45 gün davam edən Kumb Mela festivalı zamanı çoxsayda insan həyatını itirib. Verilən məlumata görə, günorta saat 1-2 radələrində bəzi zəvvarlar müqəddəs ritualları etmək üçün Sanqnam burnuna çatmağa çalışarkən izdiham baş verib. Onlar dərhal xəstəxanaya çatdırılıb və orada müalicə olunurlar. Onların arasında bəzi zəvvarlar da ağır yaralanıb.
Qeyd edək ki, festivaldan əvvəl iştirakçıların 400 milyona çatacağı gözlənilirdi. Yanvarın 14-də başlayan festivalın iştirakçıların sayına görə pik nöqtəyə çatması gözlənilir. Hindu inanclarına uyğun olaraq ibadət etmək üçün Qanq, Yamuna və mifoloji Sarasvati çaylarının qovuşduğu yerdə suya dalan zəvvarlar bununla da günahlardan təmizlənmiş sayılırlar.
2024-cü ilin dekabrında Avrozonada...
Misirdə yeni neft yatağı aşkarlanıb...
Suriya keçid dövrünün prezidenti elan...
Qırğızıstanda beyin şişinin şüa...
Çində humanoid-robotların kütləvi...