Çin bir çox ölkədən heyvan mənşəli məhsulların idxalına qadağa qoyub
Çin xəstəlik riski səbəbiylə bəzi Asiya, Afrika və Avropa ölkələrindən heyvan mənşəli məhsulların idxalını qadağan etdiyini açıqlayıb.
Çin Baş Gömrük İdarəsindən edilən şərhdə, Afrika ölkələri Qana, Somali, Eritreya, Konqo Demokratik Respublikası, Nigeriya, Tanzaniya və Misir, Yaxın Şərq ölkəsi Qətər, Cənub-Şərqi Asiya ölkəsi Şərqi Timor və Avropada Bolqarıstandan heyvan mənşəli məhsulların idxalına qadağa qoyulub.
Bu ölkələrdən qoyun, keçi, quş əti və dırnaqlı heyvanların məhsullarının, Fələstin, Pakistan, Əfqanıstan və Banqladeşdən qoyun və keçi məmulatlarının, Almaniyadan isə emal olunmuş və ya emal olunmamış dırnaqlı heyvanların idxalı qadağandır.
Qadağaya səbəb Ümumdünya Səhiyyə Təşkilatının sözügedən ölkələrdə qoyun çiçəyi, keçi çiçəyi və dabaq kimi epidemik heyvan xəstəliklərinin olması ilə bağlı açıqlamaları olub.
Hollandiyada yetişdirilən xüsusi lalə...
ABŞ-da kəpənək populyasiyası 22 % azalıb...
Antalyada anemon vaxtı......
Çay dəmləmək sağlamlıq üçün zərərli ağır...
İqlim dəyişikliyi şokolad istehsalına da...