13 may 2025, çərşənbə axşamı Bakı, 19°C
IMG-LOGO

Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur

13-05-2025
IMG

34-cü Beynəlxalq Doha Kitab Sərgisi öz işini davam etdirir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ölkəmizin Qətərdəki səfirliyinin dəstəyi ilə sərgidə milli kitab pavilyonumuz fəaliyyət göstərir.

Fhnews.az Azərbaycanın Dohadakı səfirliyinə istinadla xəbər verir ki, mayın 17-dək davam edəcək beynəlxalq sərgidə 40 ölkədən, o cümlədən Azərbaycan, Qətər, Fələstin, Səudiyyə Ərəbistanı Krallığı, Yəmən, İordaniya, Liviya, Tunis, Əlcəzair, Misir, Mərakeş, Fələstin, Türkiyə, Livan, Suriya, İran, Rusiya, Cin, Yaponiya, Koreya Respublikası, İndoneziya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman, ABŞ və Fransadan Mədəniyyət nazirlikləri, nəşriyyatlar və kitab evləri iştirak edirlər.

Nüfuzuna, iştirakçı və ziyarətçi sayına görə fərqlənən Doha Beynəlxalq Kitab sərgisində Azərbaycan nəşrlərinin və oxu mədəniyyətinin təbliğ edilməsi mühüm əhəmiyyət kəsb edir.

Milli pavilyonumuzda Azərbaycan, ərəb və ingilis dillərində kitablar yer alıb. Bunlar arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ərəb dilində nəşr olunmuş “Dünya yuxutək əriyir...” şeirlər kitabı, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, kitab sənəti, o cümlədən Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti, Şuşa şəhərinin 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi, 44 günlük Vətən Müharibəsi, Qarabağ xanlığı, Azərbaycanın memarlıq sənətinə dair kitablar sərgilənir.

Bundan əlavə, dahi Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli haqqında ərəb dilində nəşr olunmuş kitablar ziyarətçilərə təqdim olunur.

Sərginin ziyarətçiləri Azərbaycan stendi ilə də maraqla tanış olurlar və onlara ölkəmiz haqqında kitablar və suvenirlər hədiyyə olunur.

Sərginin açılış günü Qətərin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd bin Casim bin Həməd Al Tani Azərbaycan pavilyonunu ziyarət edib.

Paylaş: