ÜST: “Suriyada 16 milyona yaxın insanın təcili humanitar sağlamlıq dəstəyinə ehtiyacı var”
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus Suriyada təxminən 16 milyon insanın təcili humanitar sağlamlıq dəstəyinə ehtiyacı olduğunu bildirib.
Qebreyesus X sosial media hesabında Suriyadakı vəziyyətlə bağlı paylaşım edib.
Qebreyesus BMT-nin Mərkəzi Fövqəladə Hallara Dəstək Fondunun 3 milyon dollarlıq töhfəsi sayəsində ÜST-nin həyat qurtaran səhiyyə xidmətlərini genişləndirdiyini və 500 mindən çox insana zəruri tibbi xidmətlər göstərdiyini bildirib.
Qebreyesus köçkünlükdən ciddi şəkildə təsirlənənlərə psixi sağlamlıq xidmətləri göstərdiklərini qeyd edərək, "Ancaq daha çox şeyə ehtiyac var. Biz donorları dəstəklərini artırmağa çağırırıq, çünki insanların həyatı bundan asılıdır"-deyə bildirib.
Soyuducular bakteriyalar səbəbindən...
Avropanın Kiçik Buz Dövrünün sirləri...
Taylandda kəşf edilən yeni kiçik ilbiz...
Britaniyanın Baş nazirinin evində yanğın...
Londonda elektrik kəsintisi metroda...