13 may 2025, çərşənbə axşamı Bakı, 17°C
IMG-LOGO

Slovakiya və Macarıstanda dabaq epidemiyası səbəbindən tədbirlər artırılıb

12-05-2025
IMG

Slovakiya hökumətinin dabaq xəstəliyinin yayılması ilə əlaqədar sərhədlərin bağlanması tədbirlərini iyulun 7-dək uzatması Slovakiyanın Macarıstanla sərhədindəki Skaros kəndi yaxınlığında öz təsirini davam etdirir.

Çoxsaylı təsərrüfatlarda xəstəlik aşkar edildikdən sonra hökumət aprelin əvvəlində fövqəladə vəziyyət elan edib. 

Xəstəliyin Macarıstan və Avstriya sərhədlərində cəmləşdiyi bölgələrdə əsgərlər yerləşdirilib və dezinfeksiya işlərinə başlanılıb.

Bəzi Slovakiya vətəndaşları Macarıstanla bağlı sərhəd məntəqəsini piyada keçməli olub, yanğınsöndürənlər keçid məntəqəsinə beton maneələr qoyublar.

Paylaş: