Azərbaycan ilə Latviya arasında kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması müzakirə olunub
Ölkəmizdə etibarlı və əlverişli biznes mühiti, eləcə də böyük tranzit potensialı var. Latviyalı sahibkarlar Azərbaycanın investisiya imkanlarını dəyərləndirə və nəqliyyat-tranzit potensialından daha geniş istifadə edə bilərlər.
Fhnews.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Latviyanın ölkəmizdəki səfiri Edqars Skuya ilə görüşdə bildirib.
Nazir Məcnun Məmmədov qonaqla görüşdə Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə ətraflı məlumat verib. Bildirib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan Latviya ilə iqtisadi və ticari əlaqələrin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri tam dəstəkləyir.
Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, latviyalı sahibkarların Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakı, müasir texnologiyaların transferi və aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə təcrübə proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunub.
Səfir Edqars Skuya isə Latviyanın Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib. Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan Dubayda keçirilən “Global...
Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar...
Bakıda Eqmont Qrupunun Komitə iclası...
Avropa Komissiyasının Qonşuluq və...
Azərbaycan ilə Somali arasında kənd...