13 may 2025, çərşənbə axşamı Bakı, 17°C
IMG-LOGO

Kolumbiyada daşqınlar və torpaq sürüşməsi olub

11-05-2025
IMG

Kolumbiyanın Antiokiya inzibati bölgəsindəki Sabaneta qəsəbəsində daşqın və torpaq sürüşməsi nəticəsində 5 nəfər həyatını itirib.

Yerli mətbuatın verdiyi məlumata görə, bölgədə bir müddətdir davam edən leysan yağışları nəticəsində yaranan sel və torpaq sürüşmələrində iki ev dağılıb, eyni ailədən çoxlu insan dağıntılar altında qalıb. Yanğınsöndürənlərin uzun sürən işindən sonra 5 nəfərin cəsədi tapılıb.

Seldə itkin düşən iki nəfərin tapılması istiqamətində işlər davam etdirilir.

Medellin, Enviqado, İtagüi və Daqran bölgələrində də daşqınlardan bir çox ailə zərər çəkib.

Təxliyə edilmiş vətəndaşlar üçün müvəqqəti sığınacaqlar yaradılıb.

Sabaneta Bələdiyyə Başçısı Alder Cruz verdiyi açıqlamada, neçə nəfərin yerin altında qaldığının bilinmədiyini ifadə edərək bildirib k, bu fövqəladə vəziyyətlə bağlı çalışmalar davam edir.

Paylaş: