13 may 2025, çərşənbə axşamı Bakı, 17°C
IMG-LOGO

Qlobal istiləşmə səbəbindən dünya iqlim böhranı ilə üzləşib

12-05-2025
IMG

Türkiyə Yaşıl Hidrogen İstehsalçıları Dərnəyinin prezidenti Yusuf Günay qlobal istiləşmənin 1,5 dərəcə Selsini keçəcəyi təqdirdə 1 milyard insanın iqlim miqrantına çevriləcəyini bildirib. O, "Enerjiyə çevrilmə və Yaşıl Hidrogen" adlı seminarda bu barədə açıqlama verib. 

Günay qlobal istiləşmə səbəbindən dünyanın əhəmiyyətli bir iqlim böhranı ilə üzləşdiyini deyib. Qalıq yanacaqlardan istifadənin istixana qazı emissiyalarını artırdığını xatırladan Günay, günəş və külək kimi yenilənə bilən mənbələrlə enerji istehsalının artırılmasının vacibliyinə diqqət çəkib. 

Günay bildirib ki, qlobal istiləşmənin qarşısını almaq üçün tədbirlər görülməsə, dünyada bir çox neqativ hallar yaşanmağa davam edəcək. Qlobal istiləşmənin dünyanı təhdid etdiyini xatırladan alim fikrilərini belə əsaslandırıb : "Qlobal istiləşmə belə davam edərsə, 2070-ci ilə qədər dünyanın üçdə ikisi yaşayış üçün yararsız hala düşəcək. Qlobal istiləşmə Selsi üzrə 1,5 dərəcəni keçərsə, 1 milyard insan iqlim miqrantına çevriləcək və miqrasiya etmək məcburiyyətində qalacaq. Buna görə də qlobal istiləşmə ilə mübarizə son dərəcə vacibdir."

Paylaş: