Banqladeşdə ildırım vurması nəticəsində azı 13 nəfər ölüb
Banqladeşin bəzi bölgələrində ildırım vurması nəticəsində azı 13 nəfər həlak olub.
Fhnews.az xəbər verir ki, zərbələr nəticəsində azı 4 nəfər yaralanıb.
Bundan əvvəl Banqladeş meteorologiya idarəsi paytaxt Dəkkə daxil olmaqla, ölkəni bürüyən qızmar isti dalğaları fonunda bazar günü axşam ölkənin bir çox bölgəsində yağış və tufan olacağını proqnozlaşdırmışdı.
Göy gurultusu ilə bağlı maarifləndirmə işini həyata keçirən “Cəmiyyəti xilas et” və “Tufan maarifləndirmə forumu” təşkilatlarının verdiyi açıqlamada ildırım vurması nəticəsində ölən insanların 70 faizindən çoxunun kənd təsərrüfatı işləri ilə məşğul olduğu qeyd edilib.
BMT-nin məlumatına görə, Banqladeşdə hər il orta hesabla 300 nəfər ildırım vurması nəticəsində ölür. Bu il yanvarın 30-dan aprelin 30-dək ildırım vurması nəticəsində 67 nəfər, ötən il isə 297 nəfər həlak olub.
Ölümlər əsasən aprel-iyun aylarında baş verir. Ölənlərin sayının artması ilə Banqladeş meteorologiya idarəsi bu il aprelin 1-dən ölkədə ildırım xəbərdarlığı edib.
Soyuducular bakteriyalar səbəbindən...
Avropanın Kiçik Buz Dövrünün sirləri...
Taylandda kəşf edilən yeni kiçik ilbiz...
Britaniyanın Baş nazirinin evində yanğın...
Londonda elektrik kəsintisi metroda...