XİN: Hindistan ilə Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayırıq
Azərbaycan Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında elan edilmiş atəşkəsi alqışlayır.
Fhnews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq. Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq", - məlumatda deyilir.
XİN: Hindistan ilə Pakistan arasında...
Dövlət və hökumət rəsmiləri Fəxri...
Konstitusiya və suverenlik: Heydər...
MSK-nın nümayəndə heyəti Albaniyada...
Məhkəmədə Ermənistan silahlı qüvvələri...