“Kosmos-482” aparatı proqnoza uyğun şəkildə Yerə deyil, Hind okeanına düşüb
1972-ci ildə Veneraya buraxılan "Kosmos-482" planetlərarası stansiya Hind okeanına, Cakartanın qərb sahilinə düşüb.
Fhnews.az xəbər verir ki, bu barədə “Roskosmos” özünün “Telegram” kanalında məlumat yayıb. Təxminən 500 kiloqram ağırlığında olan cihaz Moskva vaxtı ilə saat 9:34-də atmosferin sıx təbəqələrinə daxil olub. “Kosmos-482”nin orbitdən enməsi yerə yaxın kosmosda təhlükəli vəziyyətlərə dair Avtomatlaşdırılmış Xəbərdarlıq Sistemi tərəfindən izlənilib.
Mütəxəssislər bundan əvvəl xəbərdarlıq etmişdilər ki, gücləndirici qurğuda nasazlıq yarandığı üçün aparat Yerin yüksək elliptik orbitində qalıb və idarəolunmaz hala düşüb. Onlar “Kosmos-482”nin orbitinin parametrlərinə əsasən onun Misir, Suriya, Türkiyə və ya Azərbaycanda düşə biləcəyini ehtimal edirdilər.
“Kosmos-482” aparatı proqnoza uyğun...
İspan şirkəti Ayda istifadə olunacaq GPS...
Diş əti xəstəliyi ilə ürək ritm...
Üztanıma texnologiyası bioloji xərçəngin...
Tramp: ''Çin mallarına 80% rüsum tətbiqi...