FHN-in kişilərdən ibarət basketbol komandası çempion adını qazanıb
Mayın 11-də Dənizkənarı bulvar ərazisində yerləşən Avropa oyunları parkında Gənclər və İdman Nazirliyi, Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında 3x3 basketbol idman növü üzrə turnir keçirilib.
8 dövlət qurumunun iştirak etdiyi yarışda Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət basketbol komandası yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, 4 oyun keçirən FHN-in komandası yarışın yarımfinal mərhələsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin komandasını 15:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Final görüşündə Gənclər və İdman Nazirliyinin komandası ilə qarşılaşan FHN-in komandası 14:6 hesabı ilə qələbə əldə edərək çempion adını qazanıb.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.
12 may 2025-ci il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempion komandanın üzvləri ilə görüşərək qazandıqları nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, 2023-cü ildə dövlət qurumları arasında keçirilən basketbol üzrə çempionatda FHN-in kişilərdən ibarət komandası 2-ci yerə, 2024-cü ildə isə çempion adına layiq görülüb.
FHN-in kişilərdən ibarət basketbol...
Azərbaycan karateçiləri dünya...
Azərbaycanın iki velosipedçisi...
Azərbaycan Velosiped Federasiyasının...
Azərbaycanın voleybol millisi Avropa...