13 may 2025, çərşənbə axşamı Bakı, 17°C
IMG-LOGO

Türkiyənin Amasya vilayətində iki zəlzələ olub

12-05-2025
IMG

Mayın 12-də Türkiyənin Amasya vilayətində 4,2 və 4,4 maqnitudalı iki zəlzələ olub.

Fhnews.az Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarəedilməsi Departamentinin (AFAD) məlumatına istinadla xəbər verir ki, yerli vaxtla saat 12.23 və 12.26-da qeydə alınmış yeraltı təkanların episentri Gümüşhacıköy rayonunda yerləşib.

Zəlzələ ocağı təxminən 10 kilometr dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.

Paylaş: