Papa XIV Leodan rəqəmsal inqilabla bağlı açıqlamalar
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Kardinallar Kollegiyasının üzvlərinə müraciətində kilsənin yeni sənaye inqilabına və süni intellektin inkişafına cavab verməsinin vacibliyini qeyd edib.
“Bu gün kilsə başqa bir sənaye inqilabına və süni intellektin inkişafına cavab olaraq, öz sosial təlim xəzinəsini bütün bəşəriyyətə təqdim edir”, - deyə o bildirib.
XIV Leo ad seçiminin səbəbini açıqlayan Roma Katolik Kilsəsinin rəhbəri bu adın kilsənin insan ləyaqətinə və sosial ədalətə olan daimi sadiqliyini əks etdirdiyini deyib. “Bu gün Kilsə başqa bir sənaye inqilabına cavab vermək üçün hər kəsə sosial təlimlər mirasını təklif edir.”-deyə Papa bildirib.
Papa XIV Leo Romadakı Santa Maria Maggiore Bazilikasında mərhum Papa Fransiskin məzarını da ziyarət edib.
Qeyd edək ki, Papa XIV Leonun pontifikatı mayın 18-də başlayacaq. Bu münasibətlə keçiriləcək mərasimdə müxtəlif ölkələrin liderlərinin iştirakı nəzərdə tutulur. Müqəddəs Pyotr Meydanında və ətrafında isə 250 min insanın toplanması gözlənilir.
Soyuducular bakteriyalar səbəbindən...
Avropanın Kiçik Buz Dövrünün sirləri...
Taylandda kəşf edilən yeni kiçik ilbiz...
Britaniyanın Baş nazirinin evində yanğın...
Londonda elektrik kəsintisi metroda...