13 may 2025, çərşənbə axşamı Bakı, 17°C
IMG-LOGO

FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib

12-05-2025
IMG

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra andiçmə mərasimində çıxış edənlər Mülki müdafiə qoşunları heyəti sıralarına daxil olan gənc əsgərləri andiçmə mərasimi münasibətilə təbrik ediblər.

Tədbirdə qeyd olunub ki, Ümummilli Liderin uzaqgörən siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan doğma torpaqlarımızı cəmi 44 günə işğaldan azad etdi, 24 saatdan az davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu.

Çıxış edən gənc əsgər Rzazadə Nuran Vaqif oğlu hərbçi yoldaşları adından əsgəri borcu şərəflə yerinə yetirəcəklərini, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmişlərin xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirəcəklərini, Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərini vurğulayıb.

Əsgər valideyni Məmmədrzayev Habil çıxışında gənc əsgərlərin hərbi and içməsinin sonsuz qürur mənbəyi olduğunu diqqətə çatdıraraq, onların Vətənə layiqli xidmət göstərməsində, hərbi hazırlığında zəhməti olan hər kəsə minnətdarlığını bildirib.

Hərbi andı qəbul edən gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına and içiblər.

Andiçmə mərasimi şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Paylaş: