Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçiminin nəticələri açıqlanıb
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə aprelin 29-dan mayın 6-dək keçirilmiş vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib ki, elektron yerləşdirmə zamanı 16 nəfər şəhid ailəsi üzvü olmaqla 1868 nəfər müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.
Qeyd edək ki, uğur qazanan müəllimlərin sənədləri yoxlanıldıqdan sonra tutduqları vakansiyaya təyin olunacaqlar. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat müəllimlərin şəxsi səhifələrinə göndəriləcək.
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...
Birinci sinfə qəbulda prioritet tətbiq...
Ali təhsil müəssisələrinin...
DİM bu gün ümumi orta təhsil səviyyəsi...