Heyvan haqları müdafiəçiləri İspaniyada korridanın qadağan edilməsi üçün etiraz aksiyası keçiriblər
İspaniyanın iki aparıcı heyvan hüquqları qrupu paytaxt Madriddəki Las Ventas Arenanın qarşısında öküz döyüşü əleyhinə nümayiş keçirib. Las Ventasda toplaşan böyük bir qrup insan Müqəddəs Fermin festivalı həftəsi üçün nəzərdə tutulan korridalara etiraz edərək bədənlərinə qırmızı boya töküblər.
Heyvanların hüquqlarının müdafiəsi qrupları “Anima Naturalis” və “CAS İnternational” öküz döyüşünə son qoymağa çağırıb. "Biz heyvanların hüquqlarını pozan praktikaya görə dövlət subsidiyalarına son qoyulmasını tələb edirik. Şəhər artıq qəddarlığı normallaşdıran bir ənənəyə şərik ola bilməz. Biz mədəni qərarlarda şəffaflıq tələb edirik"-deyə heyvanların hüquqlarının müdafiəçiləri açıqlama verib.
Fevral ayında 715 min 606 ispaniyalının imzaladığı petisiyanın İspaniya Parlamentinə öküz döyüşünün qadağan edilməsi ilə bağlı təqdim edildiyini bildirən heyvan hüquqları dərnəkləri, 2013-cü ildə Senatda səsvermə ilə öküz döyüşünü İspaniyanın mədəni dəyəri kimi tanıyan, qoruyan və təşviq edən qanunun ləğvini tələb ediblər.
Qeyd edək ki, 11-ci əsrdə İspaniyada başlayan və 18-ci əsrin sonlarından etibarən arenalarda mədəni tədbir kimi keçirilən öküz döyüşü 1991-ci ildə Kanar adalarında, 2010-cu ildə Kataloniyada qadağan edilib.
Korridaları təşkil edən qurumlar İspaniyada hər il 1800-dən çox öküz döyüşünün keçirildiyini, bu tədbirlərin birbaşa və dolayı yolla ölkə iqtisadiyyatına 3,5 milyard avro töhfə verdiyini, təxminən 200 min insanın bu sektordan çörəkpulu qazandığını iddia edir.
Soyuducular bakteriyalar səbəbindən...
Avropanın Kiçik Buz Dövrünün sirləri...
Taylandda kəşf edilən yeni kiçik ilbiz...
Britaniyanın Baş nazirinin evində yanğın...
Londonda elektrik kəsintisi metroda...