Argentina Ali Məhkəmənin zirzəmisində faşistlərə aid sənədlər tapılıb
Cənubi Amerika ölkəsi Argentinada Ali Məhkəmənin zirzəmisində İkinci Dünya Müharibəsi zamanı Argentina hakimiyyəti tərəfindən müsadirə edilən, faşistlərə aid 83 qutu sənəd tapılıb. Məlum olub ki, 1941-ci ilin iyununda Yaponiyanın “Nan-a-Maru” gəmisi ilə Almaniyanın Tokiodakı səfirliyindən Argentinaya 83 qutu təchizat göndərilib.
Həmin vaxt belə böyük yük qutulardakı materialların Argentinanın müharibədə neytrallığına təsir edə biləcəyindən ehtiyat edən Argentina rəsmilərinin diqqətini çəkmişdi. Alman diplomatik nümayəndələri qutularda şəxsi əşyaların olduğunu desələr də, Argentina gömrük işçiləri təsadüfi seçilmiş beş qutuda axtarış aparıblar.
Axtarışlar nəticəsində qutulardan faşist rejiminə aid açıqcalar, fotoşəkillər və təbliğat materialları aşkar edilib. Federal Məhkəmə bu materialları ələ keçirərək işi Ali Məhkəməyə göndərib.
84 il sonra Ali Məhkəmənin əməkdaşları Ali Məhkəmənin muzeyini açmağa hazırlaşarkən bu materiallara rast gəliblər. Məsələ ilə bağlı məhkəmənin verdiyi açıqlamada, “Qutuları açanda onların içərisində İkinci Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını möhkəmləndirməyə və təbliğ etməyə yönəlmiş materialların olduğunu gördük”-deyə məlumat verib.
Mütəxəssislər nasistlərin istifadə etdiyi beynəlxalq maliyyə şəbəkələri kimi Holokostun bilinməyən tərəfləri ilə bağlı ipuçları üçün materialları araşdıracaqlar.
Qeyd olunur ki, Argentina 1944-cü ildə Almaniya və Yaponiyaya müharibə elan edənə qədər İkinci Dünya Müharibəsində neytral olub. Holokost Muzeyinin məlumatlarına görə, 1933-1954-cü illər arasında Avropada faşistlərin təqib və soyqırımından qaçan 40 min yəhudi Argentinaya gedib. Argentina Latın Amerikasında ən böyük yəhudi icmasına ev sahibliyi edir.
Soyuducular bakteriyalar səbəbindən...
Avropanın Kiçik Buz Dövrünün sirləri...
Taylandda kəşf edilən yeni kiçik ilbiz...
Britaniyanın Baş nazirinin evində yanğın...
Londonda elektrik kəsintisi metroda...