İspaniyada zəhərli qaz həyəcanı
İspaniyanın şərqində yerləşən Kataloniya muxtar vilayətində bu gün səhər saatlarında kimya fabrikində baş verən yanğın nəticəsində yaranan tüstü səbəbindən beş şəhərdə karantin tətbiq edilib.
Kataloniya hökumət rəsmilərindən alınan məlumata görə, yerli vaxtla saat 05:30-da Barselona yaxınlığındakı Vilanova i la Geltru şəhərində kimyəvi məhsullar fabrikində yanğın baş verib.
Yanğın nəticəsində tərkibində xlorid turşusu fraqmentləri olan böyük zəhərli bulud yaranıb.
Hava və tüstü ölçülərinin alındığını qeyd edən səlahiyyətlilər, ölçmələrdən sonra ümumilikdə 150 min insanın yaşadığı 5 qəsəbədə saat 12.30-a qədər karantin elan edildiyini açıqlayıb.
Kataloniyanın yanğınsöndürmə rəisi Joan Xosep Bellostas yanğının nəzarət altına alındığını və gün ərzində söndürüləcəyini bildirib.
Bellostas son ölçmələrdə havada heç bir xlor qalığının təsbit edilmədiyini və problem yaradacaq bir vəziyyətin olmadığını açıqlayıb.
Yanğın zamanı 2 yanğınsöndürənin yüngül xəsarət aldığı, fabrikdə təxminən 70 tona yaxın hovuz təmizləyici materialın saxlandığı bildirilib.
Soyuducular bakteriyalar səbəbindən...
Avropanın Kiçik Buz Dövrünün sirləri...
Taylandda kəşf edilən yeni kiçik ilbiz...
Britaniyanın Baş nazirinin evində yanğın...
Londonda elektrik kəsintisi metroda...