13 may 2025, çərşənbə axşamı Bakı, 17°C
IMG-LOGO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9 faizdən çox artıb

12-05-2025
IMG

Cari ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 milyard 923,5 milyon manata yaxın vergi daxil olub.

Dövlət Vergi Xidmətindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 266,1 milyon manat və ya 4 faiz artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 948 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 425,4 milyon manat və ya 9,4 faiz çox olub.

Ödənilən vergilərin 71,5 faizi qeyri-neft-qaz sektorunun, 28,5 faizi isə neft-qaz sektorunun payına düşüb.

Paylaş: