13 may 2025, çərşənbə axşamı Bakı, 19°C
IMG-LOGO

Sumqayıtda əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgisi təşkil olunub

13-05-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və 2 saylı Sumqayıt "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi təşkil olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, sərginin məqsədi əlilliyi olan gənclərimizin cəmiyyətə inteqrasiyası, onların yaradıcılıq potensialının dəstəklənməsi və ictimaiyyətə təqdim edilməsidir.

Satış-sərgidə Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə vərdişləri qazanan 18 nəfərin və hazırda peşə öyrənən bir qrup gəncin 700-ə yaxın əl işi nümayiş olunub.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan sərgidə 9 yaradıcı istiqamət (rəssamlıq, vitraj boya, toxuculuq, toxunma suvenir oyuncaqlar, bədii oyma, xalçaçılıq, dulusçuluq və s.) üzrə sənət nümunələri təqdim edilib.

Əlilliyi olan şəxslərin bacarıqlarının üzə çıxarılması, onların yaradıcılıq fəaliyyətlərinin stimullaşdırılması, maddi rifahına və sosial inklüziyasına dəstək göstərilməsi baxımından xüsusi əhəmiyyət daşıyan satış sərgiləri mütəmadi olaraq təşkil edilir.

Paylaş: