13 may 2025, çərşənbə axşamı Bakı, 20°C
IMG-LOGO

Rusiyanın regionunda meşə yanğınları səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib

13-05-2025
IMG

Rusiyanın Buryatiya Respublikasında meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.

Fhnews.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublika meşə təsərrüfatı agentliyi məlumat yayıb.

“Respublika fövqəladə hallar komissiyasının qərarı ilə respublikanın meşələrində 13 may tarixindən regional əhəmiyyətli fövqəladə vəziyyət rejimi tətbiq edilib, meşəyə giriş qadağan edilib”, – məlumatda qeyd olunur.

Səhərə olan vəziyyətə görə, regionda Bauntovski evenkiyski və Yeravninski rayonlarında ümumi sahəsi 53 208 hektar olan 22 meşə yanğını davam edir. “Söndürmə işləri güclü külək və ərazinin çətin keçilən olması səbəbindən mürəkkəbləşir”, – qurum bildirib.

Vurğulanıb ki, yanğına səbəb odla ehtiyatsız davranış olub. Söndürmə işlərində 533 nəfər iştirak edir.

Paylaş: