Ötən il Azərbaycanda davamlı monitorinqlər nəticəsində 100 küçə uşağı müəyyən edilib
2024-cü il ərzində ölkə üzrə aparılan davamlı monitorinqlər nəticəsində 100 küçə uşağı müəyyən edilib. Onlardan 86-nın ailəsinə sosial xidmət orqanları tərəfindən səfərlər təşkil olunub.
Fhnews.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında təqdim olunan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumat”ında yer alıb.
Hesabatda bildirilir ki, baxımsız vəziyyətdə aşkar edilən uşaqlardan 5-i müvafiq qurumun sığınacağına yerləşdirilib, 1 uşaq isə körpələr evinə təhvil verilib. Eyni zamanda, 30 uşağın şəxsiyyətini təsdiq edən rəsmi sənədlərlə təmin olunmasına dəstək göstərilib. Təhsildən yayınan uşaqlar Elm və Təhsil Nazirliyinə yönləndirilib, sağlamlıq problemləri olan uşaqlarla bağlı isə tədbirlərin görülməsi üçün məlumatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) təqdim olunub.
FHN-in təşkilatçılığı ilə Xətai...
FHN tərəfindən “Yaz-yay fəsillərində sel...
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...