13 may 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

Azərbaycan sentyabrda Dubayda keçiriləcək Ümumdünya Poçt İttifaqının 28-ci Konqresində iştirak edəcək

13-05-2025

Azərbaycan bu il sentyabrın 7-dən 19-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresində iştirak edəcək.

Fhnews.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən Avropa və MDB Poçt Liderlərinin I Forumunda çıxışı zamanı deyib.

S.Məmmədov bildirib ki, Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresində Azərbaycanın təşkilatın İdarəetmə Şurasına, eləcə də Poçt Əməliyyatları Şurasına namizədliyi nəzərdən keçiriləcək.

“Azərbaycan poçt sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir, bu istiqamətdə ikitərəfli və çoxtərəfli təşəbbüslərdə fəal iştirak edir”, - deyə nazir müavini qeyd edib.

Bundan başqa, o deyib ki, “Azərpoçt”un əsas biznesinin genişləndirilməsi – kuryer, ekspres və bağlama xidmətlərinin inkişafı, eləcə də yeni maliyyə və logistika xidmətlərinin tətbiqi nəzərdə tutulur.

Paylaş: