AZPROMO: Beynəlxalq Kənd Təsərrüfatı sərgisi dayanıqlı artımın təmin edilməsi baxımından önəmlidir
30-cu yubiley “InterFood Azerbaijan” və 18-ci “Caspian Agro” sərgilərinin ölkəmizdə keçirilməsi iqtisadiyyatımızın qeyri-neft-qaz sektorunun inkişafı kimi strateji hədəfi olan AZPROMO üçün dayanıqlı artımın təmin edilməsi baxımından önəmlidir.
Fhnews.az xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisində deyib.
O bildirib ki, sərgilər qida məhsullarının nümayişi və sahibkarların əlaqələndirilməsi ilə yanaşı, ölkəmizin ənənəvi sektoru olan kənd təsərrüfatı sektorunda məhsuldar qida istehsalı sistemlərinin yaradılmasına və qabaqcıl təcrübələrin tətbiq olunmasına stimul verə biləcək tərəfdaşlıqların qurulmasına şərait yaradan platforma kimi xidmət edirlər.
“Biz AZPROMO olaraq bu sahədə geniş təcrübəyə malikik. Agentliyin dəstəyi ilə Azərbaycan şirkətləri müntəzəm olaraq qlobal və yerli sərgilərdə uğurla iştirak edir, yerli məhsullarımız vahid ölkə stendlərində “Made in Azerbaijan” brendi altında təqdim edilir, ixrac müqavilələri imzalanır, məhsullarımız yeni bazarlara çıxarılır. 2024-cü ildə agentliyin dəstəyi ilə ixracatçılarımız 47-ci Beynəlxalq Bağdad Sərgisi, Almaniyada “Greenweek” və “Prowein”, Rusiyada “Prodexpo” və "Russia Halal Expo 2024", Birləşmiş Ərəb Əmirliklərində “Gulfood”, Yaponiyada FOODEX, eləcə də İtaliyanın Rimini şəhərində “Macfrut”, Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində "Saudi Food Show 2024" və Şanxayda 7-ci Çin Beynəlxalq İdxal Sərgisi kimi ümumilikdə 10 beynəlxalq sərgidə iştirak edib. Biz bu il də ixracatçılarımıza göstərdiyimiz dəstəyi əsirgəmirik və sərgilərdə aktiv iştirakımız davam edir. Hazırda bizim dəstəyimiz ilə şirkətlərimiz vahid ölkə stendi ilə Ər-Riyad şəhərində “Saudi Food Expo 2025”də iştirak edir, sabahdan isə Kazanda keçirilən “Russia – Halal Expo 2025”də ixracatçılarımızın iştirakı təmin olunacaq”, - deyə Y.Abdullayev qeyd edib
O bildirib ki, bugünkü “InterFood” sərgisinə də AZPROMO-nun “Made in Azerbaijan” stendində təbii bal, meyvə-tərəvəz, qurudulmuş meyvələr, spirtli içkilər, şərab və süd məhsullarının istehsalı sahələrində fəaliyyət göstərən 8 şirkət təmsil olunur: “Tərəfimizdən 2025-ci ildə “WorldFood Moscow 2025”, Köln şəhərində “Anuga” və Şanxay şəhərində 8-ci Çin Beynəlxalq İdxal sərgilərində vahid ölkə stendi ilə sahibkarların iştirakının təmin olunması planlaşdırılır. Yerli sərgilərdə isə oktyabr ayında keçiriləcək 5-ci “Rebuild Karabakh”da iştirakımız nəzərdə tutulur”.
Qeydiyyatda olan kommersiya qurumlarının...
AZPROMO: Beynəlxalq Kənd Təsərrüfatı...
Azərbaycan sentyabrda Dubayda...
“SİMA İmza” fərdi sahibkarlar üçün 6 ay...
Bakıda IATA Aviasiya Enerji Forumu...