13 may 2025, çərşənbə axşamı Bakı, 19°C
IMG-LOGO

Qeydiyyatda olan kommersiya qurumlarının sayı 8,4 faiz artıb

13-05-2025
IMG

Cari ilin may ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 621 min 818 vergiödəyicisinin 86,9 faizi fiziki şəxslər, 13,1 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,3 faiz, hüquqi şəxslərin sayı isə 7,7 faiz artıb.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,7 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və digər formalarda yaradılıb. May ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artaraq 195 min 263 vahid təşkil edib.

Bu ilin yanvar-aprel aylarında 4995 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89,5 faizi yerli investisiyalı, 10,5 faizi xarici investisiyalıdır.

Kommersiya qurumlarının 86,3 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,1 faiz təşkil edib.

Paylaş: